Accessibility links

Seul: Rusiya Cənubi Koreyanın hava hövzəsini pozub


Rusiya və Çin hərbi təyyarələrinin çərşənbə axşamı birgə hava patrulu zamanı Cənubi Koreyanın hava hövzəsini pozduğunu inkar edir.

Hadisənin Cənubi Koreyanın Dokdo, Yaponiyanın isə Takeşima adlandırdığı və hər iki ölkənin iddiası olduğu mühabisəli adalar yaxınlığında baş verdiyi deyilir.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiyanın döyüş təyyarəsi Şərq Dənizi üzərində ölkənin hava hövzəsinə daxil olandan sonra onlar bir neçə döyüş təyyarəsini havaya qaldırıb.

Nazirlik bildirib ki, Cənubi Koreyanın döyüş tayyarələri xəbərdarlıq atəşi açandan sonra Rusiya təyyarəsi Cənubi Koreya ərazisini tərk edib. Lakin o, qısa müddət sonra geri gəlib və nəticədə Cənubi Koreya təyyarələri əlavə xəbərdarlıq atəşləri açıb.

Rusiyanın Müdafizə Nazirliyi Seulun insidentlə bağlı bildirdiklərini inkar edib və Cənubi Koreyanın döyüş təyyarələrini “qeyri-peşəkar manevrlar” etməkdə ittiham edib.

“Cənubi Koreya ekipajının əməlləri havada xuliqanlıq kimi qiymətləndirilməlidir. Mən Cənubi Koreyanın xəbərarlıq atəşi açdığına dair məlumatın həqiqət olmadığına xüsusi diqqət çəkmək istəyirəm. Əgər Rusiya pilotları belə bir təhlükə olduğunu görsələr, onlar dərhal müvafiq tədbir görərdilər” deyə, Rusiyanın Uzun-Mənzilli Hava Qüvvələrinin komandiri general-leytenant Sergey Kobilaş bildirib.

Cənubi Koreyanın müdafiə nazirliyi Çin və Rusiya səfirliklərindən rəsmiləri dəvət edərək, onları rəsmi inkar irəli sürməyə çağırıb. Seulun bildirdiyinə görə, bu ilk dəfədir ki, Rusiya təyyarəsi Cənubi Koreyanın hava hövzəsini pozur.

İki Rusiya və iki Çin bombardançısının uçuşu və daha öncə hər iki ölkənin xəbərdarlıq təyyarələrinin ərazidə uçması Pekinlə Moskva arasında hərbi əməkdaşlığın artırıldığına işarədir.

Yaponiya da insidentlə bağlı Moskva və Seula rəsmi etirazını göndərib. Baş kabinet katibi Yoşihide Suqa Tokioda müxbirlərə bildirib ki, Yaponiyanın adalar üzərində iddası fonunda Cənubi Koreyanın əməlləri “tamamilə qəbuledilməz və məyusedicidir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG