Accessibility links

Cənubi Koreyanın dəniz donanması ilk üç canlı atəş təlimləri keçirib. Beləliklə Seul Şimali Koreyanın nüvə sınağından sonra hərbi qabiliyyətini nümayiş etdirib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, sınaqlarda spesifik məqsədli hərbi gəmilər iştirak edib.

ABŞ prezidenti Donald Tramp Pxenyanı indiyə qədər keçirdiyi ən böyük nüvə sınağına görə qınayıb və Şimali Koreyanı “rəzil ölkə” adlandırıb. Tramp bildirib ki, Şimali Koreyanın “sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir”.

Trampın Cənubi Koreyanı tənqid etməsi və ölkənin yeni prezidenti Mun Jae-inin Şimali Koreya ilə danışıqlar təşəbbüsü ABŞ liderinin Seulla Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster və baş iqtisadi müşavir Qeri Conun etirazlarına baxmayaraq, azad ticarətə dair sazişə son qoymağa hazırlaşdığı bir vaxta təsadüf edir.

ABŞ və Cənubi Koreya arasında ticarət dövriyyəsi keçən il 112 milyard dollar təşkil edib. Lakin ABŞ-ın transaksiyalarada ticarət defisinin 27 milyard dollardan çox olması Trampın narahatlığı üçün əsas yaradıb.

XS
SM
MD
LG