Accessibility links

Seulda 20-liyin zirvə görüşü keçirilir


Seulda 20-liyin zirvə görüşü keçirilir
Seulda 20-liyin zirvə görüşü keçirilir

Zirvə görüşü ticarətdə qeyri-proporsionallığı yüngülləşdirmək yolları ətrafında kəskin fikir ayrılıqları şəraitində açılıb

Seulda 20-liyin zirvə görüşü ticarətdə qeyri-proporsionallığı yüngülləşdirmək yolları ətrafında kəskin fikir ayrılıqları şəraitində açılıb. 20-liyin liderləri Koreya milli muzeyində işgüzar yeməyə qatılıblar. Onlar sabah zirvə görüşünün sonuncu günü yenidən görüşəcəklər. ABŞ prezidenti Barak Obama şam yeməyindən əvvəl mətbuat konfransı zamanı deyib ki, o, 20-liyin liderlərinin davamlı inkişafın formulunu tapa biləcəklərinə inanır. Lakin 20-liyin üzvləri arasında Birləşmiş Ştatlar kimi idxal edən ölkələrdə defisit, digər tərəfdən Çin və Almaniya kimi ixracatçı ölkələrdə ifrat artım arasında qeyri-mütənasibliyin olması məsələsində kəskin fikir ayrılıqları mövcuddur.

XS
SM
MD
LG