Accessibility links

Sevgililər Günü


Sevgililər Günü
please wait
Embed

No media source currently available

0:00 0:02:32 0:00

Sevgililər Günü

Sevgililər Günü ümumiyyətlə romantizmlə əlaqələndirilir. Lakin sizin sevgiliniz yoxdursa, bu bayramı qeyd etmək üçün bir çox səbəbiniz var.

Sevgililər Günüdür və insanlar bununla razı olsalar da, olmasalar da, mütəxəssislər bu sevgi bayramının hissləriniz barədə yenidən düşünmək üçün yaxşı bir vaxt ola biləcəyini deyir.

"Sevgililər Günü iki nəfərlik şam yeməyi və çiçək hədiyyə etməklə məhdudlaşmamalıdır. Bu bayramı daha geniş etsək, bunun daha faydalı olacağını, insanları daha xoşbəxt edəcəyini düşünürəm,” Sonya Lyubomirski bildirir.

Kaliforniya Riverside Universitetinin psixologiya üzrə professoru Sonya Lyubomirski bunun subaylığı seçənlər üçün də bayram olduğunu deyir:

"Sevgililər Gününün bir növ məhdudlaşdırmasının başqa bir yolu da gözləntilərin olmasıdır. Yalnız sevgiliniz olduqda xoşbəxt ola biləcəyinizlə bağlı fərziyyədir."

Məşhurların ünsiyyəti və bədən dili üzrə mütəxəssisi Karen Donaldson deyir ki, bu gün sevdiyiniz hər hansı bir şəxslə vaxt keçirmək üçün yaxşı gündür:

“Beləliklə, vaxt keçirmək üçün sevdiyiniz bir insanı seçin və həyatınızda nə qədər vacib olduqlarını onlara göstərin. Beləliklə, bu, ananız, atanız, qardaşınız, yaxşı bir dostunuz, qonşunuz, nənə və babanız ola bilər. Əsas məsələ budur. İndi onlara hər zamankindən daha çox hədiyyə göndərə bilərsiniz. Bunun çiçək olması vacib deyil. Bu, şirin bir şey də ola bilər, bu ev əşyası da ola bilər. ”

Bu, özünüz evdə düzəltdiyiniz və ya mağazadan satın aldığınız sadə bir şey də ola bilər. Donaldson xüsusilə dünyanın koronavirus pandemiyası səbəbindən bu qədər itki verdiyi bir ildə sevgi göstərməyin sağlamlığa faydalı olduğunu deyir.

“Başqası üçün xoş bir şey etdiyimiz zaman xoşbəxtlik hormonlarımız əmələ gəlir və bu, bədənimizdə oksitosini stimullaşdırır. Oksitosinin buraxılmasının əhval-ruhiyyəmizə və duyğularımıza müsbət təsiri var. Bu, eyni zamanda hər ikiniz üçün stresi və narahatlığı azaldır,” Karen Donaldson deyir.

Donaldson deyir ki, Sevgililər Günü tək qalmaq istəyirsinizsə və xoşbəxtsinizsə, bu da sağlam bir seçim ola bilər:

"İndi bir çoxumuzun nə etmək istədiklərimizin siyahısı var. Tənhaların da Sevgililər Günü üçün bu siyahını tutmaq vaxtıdır. Özünüzü sevindirin -2 saatlıq masaja gedin. Ətrafında şamlar olan köpüklü vanna qəbul edin. Özünüzə nəsə alın, özünüzü sevin.”

XS
SM
MD
LG