Accessibility links

Yeni səyahət qadağası köhnə tənqidlərə səbəb olub


Yeni səyahət qadağası köhnə tənqidlərə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Bazar ertəsi ABŞ prezidenti Donald Tramp immiqrasiya ilə bağlı yeni sərəncam imzalayıb. Hüquq müdafiə qrupları bildirirlər ki, öncəkindən ciddi şəkildə fərqlənmədiyinə görə bu sərəncamın qüvvəyə minməsinin qarşısını alacaqlar. Keçən ay imzalanmış və bir qrup ölkəyə şamil edilən giriş qadası federal məhkəmənin qərarı ilə ləğv edilmişdi. Bu sərəncam həm Amerika daxilində, həm də xaricdəki hava limanlarında çaşqınlıq yaratmış və geniş ictimai qınağa səbəb olmuşdu. Yeni sərəncamda Suriya qaçqınları ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılmış və İraq qadağa siyahısından çıxarılmışdır. Buna baxmayaraq, yeni sərəncamda bütün qaçqınlara şamil edilən müvəqqəti qadağa hələ də aktualdır.

XS
SM
MD
LG