Accessibility links

Şahzadə Harri və Meqan Marklın nikah mərasimi Vindzor qəsrində keçiriləcək


Kensinqton sarayının verdiyi məlumata görə, Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklın nikah mərasimi gələn ilin may ayında Vindzor qəsrində Müqəddəs Corc kilsəsində keçiriləcək.

“Əlahəzrət Kraliça nikah mərasiminin kilsədə keçirilməsinə icazə verib. Kral ailəsi mərasimin xərcini ödəyəcək”, sarayın açıqladığı bəyanatda deyilir. Mərasimin detallarının sonra açıqlanacağı bildirilir.

Şahzadə Harri və Meqan Markl nişanlandıqlarını bir gün öncə elan ediblər. Bundan sonra cütlük Kensinqton sarayının önündə şəkil çəkdirib. Onlar açıqladığı bəyanata əsasən, nişan mərasimi bu ayın əvvəli Londonda olub.

Şahzadə Harri və aktrisa Meqan Markl Torontoda “Invictus Games” oyunları zamanı
Şahzadə Harri və aktrisa Meqan Markl Torontoda “Invictus Games” oyunları zamanı

Amerikalı aktrisa Meqan Markl tele seriallarda rolları ilə tanınır.

Şahzadə Harri və aktrisa ilk dəfə ictimaiyyət qarşısına birlikdə sentyabr ayında Torontoda yaralı veteranlar üçün “Invictus Games” (Məğlublunmazların Oyunları) adlı idman yarışları zamanı çıxıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG