Accessibility links

Şimali Koreyanın 140 nəfərlik bədii truppası Cənubi Koreyaya gedib


Şimali Koreyanın bu həftə Qış Olimpiya Oyunlarında ifa edəcək 140 nəfərlik bədii truppası çərşənbə axşamı bərə ilə Cənubi Koreyaya çatıb.

Şimali Koreya sənətçiləri səfəri Seul tərəfindən tətbiq edilən sanksiyalara nadir istisna sayəsində mümkün olub.

Cəmiyyətdən onların gəlişinə qarışıq reaksiyalar gəlib. Bəzi cənubi koreyalılar Şimali Koreyanın lideri Kim Conq Unun nəhəng portreti ilə etiraz nümayişlərinə çıxıb.

Digər nümayişçilər isə Cənubu Koreya ilə ABŞ bayraqlarını dalğalandıraraq, Cənubi Koreya himnini oxuyublar.

Olimpiya Oyunlarının açılış mərasimi zamanı Cənubi və Şimali Koreyalar bir bayraq altında irəliləyəcəklər. Buna əlavə olaraq, hər iki ölkənin qadın xokkeyçiləri yarışlarda bir komanda halında iştirak edəcəklər.

XS
SM
MD
LG