Bir neçə gün öncə Şimali Koreyanın həbsdə olan iki amerikalını azadlığa buraxması kommunist ölkənin atdığı bu addımın motivləri barədə suallar yaradıb. Amerikanın Səsinin müxbiri Brayn Paden Seuldan bildirir ki, bu qəfil addım ABŞ-ın dəstəyi ilə insan haqları pozunturlarıa görə Şimali Koreya rəsmilərinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinin qarşısını almaq üçün atılıb.
ABŞ rəsmiləri bildiriblər ki, ABŞ kəşfiyyatının başçısı Ceyms Klepper Şimali Koreya rəsmiləri ilə Kennes Bey və Metyu Millerin azadlığa buraxılması barədə danışıqlar zamanı heç bir güzəştə getməyib. Hər iki nəfər Şimali Koreyanın "rejimə qarşı bədxah" adlandırdığı "əməllər"inə görə bir neçə illik ağır əmək cəzasına məhkum olunmuşdu.
Bunun ardınca ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Birləşmiş Ştatların Şimali Koreya ilə bağlı mövqeyinin dəyişməyəcəyini bir daha qeyd edib. O bildirib ki, Vaşinqton BMT-nin Şimali Koreya rəsmilərinin Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsi haqda qətnaməsini dəstəkləməyə davam edir.
“Bizim Şimali Koreyanın hədsiz insan haqları pozuntularına münasibətimizdə heç bir dəyişiklik yoxdur. Onların nüvə istəkləri və imkanları ilə bağlı da münasibətimiz dəyişməyib.”
Birləşmiş Millətlər Təşkilatının Şimali Koreya rəsmilərinin insanlığa qarşı cinayətlərinə görə məhkəməyə verilməsi barədə səsvermə keçirəcəyi gözlənilir. Müstəqil BMT komissiyası Şimali Koreyanın siyasi həbsxanalarında 100000-dən çox insanın olduğunu və onlara qarşı törədilən qəddar münasibət hallarını sənədləşdirib. Buraya qətllər, əsarət, işgəncə, zorlama və məcburi abortlar daxildir.
Seulda yerləşən Şimali Koreya araşdırma universitinin professoru Yanq Mu-cin bildirib ki, Pxenyan BMT-nin bu səylərinə qarşı mübarizəyə üstünlük verir və iki amerikalını da ABŞ və digər ölkələrin mövqelərinin yumşalması ümidi ilə azadlığa buraxıb.
O bildirib ki, hazırda Şimali Koreyaya BMT-də ölkəyə qarşı açılan insan haqları məsələsinin həll olması lazımdır və onlar Kim Conq Unun adının bu məsələdə hallanmaması üçün səy göstərirlər.
Şimali Koreya İnsan Haqları üzrə Vətəndaş İttifaqının üzvü Coanna Hosniak bildirib ki, məhbusların azadlığa buraxılması və bu yaxınlarda BMT insan haqları nümayəndəsinin Şimali Koreyaya dəvət olunması Kim Conq Un rejiminin dəyişməyə səy göstərdiyini nümayiş etdirmək üçün yürüdülən strategiyanın bir hissəsidir. Lakin xanım Hosniak bildirib ki, onlar indiyə qədər kiçik məsələlərə diqqət ayırıb və bunlar repressiv sistemin dəyişdiyini göstərmək üçün yetərli deyil.
“Onlar doğurdan da siyasi məhbusları azadlığa buraxmağa başlasaydılar, mən onların təminat almaq üçün beynəlxalq ictimaiyyətlə danışıqlar aparmasını gözləyərdim, çünki onda onların dəyişmək üçün həqiqi cəhd göstərdiklərini düşünəcəkdim. Lakin biz bu həqiqi cəhdləri görmürük.”
İnsan haqları fəalları Şimali Koreyanı əməllərini dəyişmək üçün danışıqlara cəlb olunmasını dəstəkləyir. Onlar bildiriblər ki, insan haqlarını pozunlar öz əmələrinə görə məsuliyyət daşımalıdırlar.
Amerika Birləşmiş Ştatları bildirib ki, Şimali Koreya nüvə tərksilahı ilə bağlı qəti tədbirlər görməsə, ABŞ onlarla danışıqlar aparmayacaq. Onlar insan haqları sahəsində irəliləyişlərlə bağlı oxşar kriteriya tətbiq etməyiblər və Hosniak bu barədə naratlığını bildirib.
“Təəssüf ki, nüvə məsələləri insan haqları məsələsini kölgədə qoyur və bu biz Şimali Koreyaya uzun zaman cəzalanmadan insan haqları cinayətlərini törətməyə davam etməsinə icazə verməməliyik.”
BMT-də Şimali Koreyanın Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsinə dair səsvermədən öncə ABŞ-ın Şimali Koreyada insan haqları üzrə xüsusi nümayəndəsi və BMT-nin insan haqları təhqiqatçısı bu həftə Seula səfər ediblər. Onlar hökümət rəsmiləri və Şimali Koreyada insan haqlarının ciddi şəkildə pozulması hallarına dair ifadə verib ölkədən qaçmış bir neçə şimali koreyalı ilə görüş keçirəcəklər.