Accessibility links

Ağ Ev: ABŞ kiberhücumlara qarşı səylərə rəhbərlik edəcək [Video]


Ağ Ev: ABŞ kiberhücumlara qarşı səylərə rəhbərlik edəcək
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Çərşənbə axşamı ABŞ rəsmiləri ilin əvvəli qlobal kiberhücumlara görə Şimali Koreyanın məsuliyyət daşıdığını bəyan edib. Həmin hücumlar bu il ərzində Britaniya, Avstraliya, Kanada, Yeni Zellandiya və Yaponiyanın özəl və dövlət təşkilatlarına əhəmiyyətli zərər vurub. Şimali Koreyanın yaymaqda ittiham olunduğu “WannaCry” virusu 150-dən çox ölkədə 230,000 kompüteri zədələyib.

Ağ Ev çərşənbə axşamı qlobal kiber məkana daha çox zərər vurulmasının qarşısını almaqda yardım edən özəl şirkətlərə təşəkkürünü bildirib.

“Biz korporativ tərəfdaşlarımızı alqışlayırıq. Xüsusilə də Microsoft və Facebook şirkətlərini. Onlar keçən həftə şəxsi təşəbbüsləri ilə, ABŞ hökümətinin göstərişi olmadan Şimali Koreyanın haker fəaliyyətinin qarşısı alıblar.”

Milli Təhlükəsizlik Departamentinin kibertəhlükəsizlik eksperti deyib ki, ABŞ höküməti problem haqqında may ayının əvvəlində xəbərdar olub.

“Biz ilk olaraq Asiya və Sakit Okean regionundakı tərəfdaşlarımızdan bəzi qeyri-adi hadisələrin baş verdiyini öyrəndik. Daha sonra eyni cür kiberhücumlar haqqında Avropadakı tərədaşlarımızdan məlumat aldıq. Birləşmiş Krallığın milli səhiyyə xidməti həmin hücumların hədəfi olanda anladıq ki, biz ciddi bir hədə ilə üz-üzəyik. Bununla da ölkənin şirkətləri ilə əməkdaşlığa başladıq.”

Birləşmiş Ştatların və digər ölkələrin kibertəhlükəsizlik ekspertləri müəyyən ediblər ki, həmin hücumlara görə Şimali Koreya höküməti məsuliyyət daşıyır.

Romada yaşayan ekspert deyir ki, əsas səbəb Şimali Koreyanın pula ehtiyacı olmasıdır.

“Şimali Koreya təbii ki, resurslara ciddi ehtiyac duyur və bu hücum onlara imkan verdi ki, bitcoin və digər kriptovalyutalarla rejimi maliyyələşdirsinlər. Bu hücumun digər məqsədi isə Şimali Koreyanın bütün dünyaya öz bacarıqlarını nümayiş etdirməsidir. Məsələn, onlar ənənəvi böhran baş versə, nəyə əl ata biləcəklərini göstərirlər.”

ABŞ rəsmisi çərşənbə axşamı deyib ki, Birləşmiş Ştatlar haker hücumlarının keçirilməsinin daha da çətinləşməsi üçün beynəlxalq səylərə rəhbərlik edəcək.

“Prezident Tramp İnternetin möhkəmliyi və təhlükəsizliyin artırılması üçün azad dünyanın texnologiya şirkətlərini bir araya gətirib. Sənayelər və yaxşı hökümətlər arasında əməkdaşlıq təhlükəsizliyi artıracaq. Biz bunu etmək üçün çox gözləyə bilmərik.”

Pxenyan "WannaCry" adlı virusun yayılmasında ittiham edilir. Həmin virus ABŞ-ın Sony Pictures Entertainment şirkətinin, İspaniyanın Telefonica kommunikasiya şirkətinin və Britaniyanın Milli Səhiyyə Xidmətlərə girərək, oradan məlumatlar əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG