Accessibility links

Şimali Koreya Panamada saxlanılan gəminin qaytarılmasını tələb edib


Pxenyan Panamadan Şimali Koreya bayrağı altında üzən gəminin azad edilməsini tələb edərək bildirib ki, gəmidə tapılmış Kubaya aid silahların daşınması qanunidir.

Pxenyanın Xarici İşlər Nazirliyi bəyanatında yükün Kubadan müqavilə yolu ilə göndərilmiş köhnə silahlardan ibarət olduğunu deyib.

Bəyanatda Chong Chon Gang gəmisinin dərhal azad edilməsi tələb edilir.

Panama BMT-ni hadisəni araşdırmağa çağırıb. Şimali Koreya gəmisi BMT sanksiyalarına zidd olaraq silah qaçaqmalçılığında ittiham edilir.

Gəmi Panam rəsmiləri tərəfindən narkotik maddələrin daşınması şübhəsi ilə bazar ertəsi saxlanıb. Lakin yoxlama zamanı gəmidə gizlədilmiş silah aşkar edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG