Accessibility links

Şimali Koreyada olan amerikalılar ölkəni tərk edir


ABŞ təcrid olunmuş ölkəyə səyahətlərə məhdudiyyət tətbiq etməzdən bir gün əvvəl Şimali Koreyada olan az sayda amerikalı bu gün həmin ölkəni tərk edir.

Bir neçə humanitar işçi az sayda ABŞ vətəndaşı ilə bərabər dünən Pxenyandan Pekinə uçan yeganə təyyarəyə minib.

“Biz ABŞ hökumətinin vətəndaşları üçün narahat olmalarını dəyərləndiririk və biz son vaxtlarda gərginliyin artmasının şahidi olduğumuz üçün bu narahatlığı başa düşürük. Amma biz düşünürük ki, insanların fərdi şəkildə biri-birilərini başa düşmələrinə imkan verilməlidir. Şimali Koreyada humanitar yardım üçün böyük təlabat var. Ona görə də mən düşünürəm ki, xüsusilə bu kimi humanitar yardım işləri ilə məşğul olan insanlara məsuliyyətli şəkildə ölkədə fəaliyyətlərini davam etdirmələrinə icazə verilsin” deyə Koreyanın Xristian Dostları təşkilatının direktoru Heydi Linton bildirib.

ABŞ vətəndaşlarının Şimali Koreyaya getmələrini qadağan edən qanun rəsmi missiya ilə orada fəaliyyət göstərən humanitar yardım işçiləri, jurnalistlər, Qırmızı Xaç Təşkilatının işçilərini qadağadan azad etmir.

ABŞ-ın Şimali Koreyaya səyahət qadağası 1 sentyabr 2017-ci ildən qüvvə yə minir.

XS
SM
MD
LG