Şimali Koreya cümə axşamı sonuncu raket sınağının videosunu yayımlayıb. İddia olunur ki, bu raket ABŞ-ın qitə ərazisinə zərbə endirmək gücündədir.
Kommunist dövlətin lideri Kim Conq Un elan edib ki, Hwasong-15 qitələrarası ballistik raketi ölkəsinin nüvə qüdrətinə çevrilmək istəyini tamamlayıb.
Lakin təhlilçilər Şimali Koreyanın Yerin atmosmerinə yenidən daxil olan zaman yaranan çətinliklərə tab gətirəcək texnologiyanın inkişaf etdirdiklərinə inanmır.
Şimali Koreyanın raket sınaqları ilə beynəlxalq qınaqlar artmaqdadır. Buna baxmayaraq, indiyədək tətbiq edilən sanksiyalar Pxenyanı nüvə iddialarından çəkindirə bilməyib.