Cənubi Koreya Şimali Koreyanın gecə keçirdiyi qitələrarası ballistik raket sınağına bir neçə dəqiqə ərzində cavab verdi. Qısa mənzilli raketini buraxan Seul xəbərdarlıq edib ki, yanlış hesablamalar qabaqlayıcı zərbələrə gətirib çıxara bilər.
“Bu çox narahatedicidir və ciddidir. Şimali Koreyaya qarşı qabaqlayıcı müharibə arqumenti gərək Şimali Koreyanın geri çəkilməyəcəyi arqumentinə cavab verə bilsin. Bu çox yanlış fikirdir. Şimali Koreyanın geri çəkilməsinə nail olmaq olar.”
Cənubi Koreyanın prezidenti Mun Çje İn deyib ki, Pxenyanın addımları beynəlxalq sülhə və təhlükəsizliyə hədədir.
“Cənubi Koreyanın və Birləşmiş Ştatların, o cümlədən beynəxalq icmanın sərt təzyiq və sanksiyalar tətbiq etməkdən başqa seçimi qalmır.”
Şimali Koreyanın raket sınağı ilə bağlı müxbirlərin sualına ABŞ prezidenti Donald Tramp “biz bunun qayğısına qalacayıq” deyib.
O fikrini ətraflı izah etməsə də, Şimali Koreya ilə bağlı yanaşmada dəyişikliyin olmadığını bildirib.
“Heç nə dəyişməyib. Heç nə dəyişməyib. Bizim ciddi yanaşmamız var. Heç nə dəyişməyib. Biz buna ciddi yanaşırıq.”
Yaponiyanın baş naziri Şinzo Abe isə BMT-nin Təhlükəsizlik Şurasının təcili toplantı keçirməli olduğunu deyib.
Təhlilçilər deyirlər ki, Pxenyana çətin olsa da, nüvə və raket proqramından imtina etməyəcək.
“Biz cür imkanlar asanlıqla əldən verilən şeylər deyil. Bu onların milli təhlükəsizlik siyasətinin bir hissəsidir. Onlar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətmaləri qeyri-qanuni hesab edirlər. Bu səbəbdən də həmin qətmalərə və beynəlxalq icmaya məhəl qoymamağa davam edəcəklər. ”
Pxenyan deyir ki, onlar Birləşmiş Ştatların Şimali Koreyaya hücumun qarşısını alacaq imkanlara sahib olmalıdır.