Accessibility links

Şimali Koreya liderinin bibisinin əri sərt ittihamlarla vəzifədən çıxarıldı


Canq Sonq Taek
Canq Sonq Taek
Şimali Koreya hökuməti dövlət başçısı Kim Conq Unun bibisinin əri Canq Sonq Taeki ictimai şəkildə vəzifədən çıxarıb.

Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, Canq bütün tutduğu vəzifələrdən azad edilib və hakim partiyadan xaric edilib.

Hakimiyyəti atasından miras almış Kim Conq Un sərt idarəçilik üslubu ilə tanınmağa başlayıb.
Hakimiyyəti atasından miras almış Kim Conq Un sərt idarəçilik üslubu ilə tanınmağa başlayıb.
Xəbərdə Canq Sonq Taek bir neçə cinayət əməlində, o cümlədən korrupsiyada, narkomanlıqda və qadın düşkünü olmaqda ittiham olunur.

Dövlət televiziyası Canqın Fəhlə Partiyasının iclasından təhlükəsizlik qüvvələri tərəfindən çxıarılmasının fotosunu nümayiş etdirib.

Həmin fotolarda cənab Kimin iclasa sədrlik etdiyi göstərlir.

Koreya Birləşmə İnstitutunun araşdırmaçı alimi Cunq Yanq-tae Amerikanın Səsinin Koreya Xidmətinə bildirib ki, Canqın cəzalandırılmasının fotolarının açılqanması cənab Kimə öz hakimiyyətini gücləndirməkdə yardım göstərəcək.

Canq Kim Conq Unun bibisi Kim Kyonq Huyla evlidir. Bundan sonra onun başına nəgələcəyi aydın deyil.

30 yaşlı Kim Conq Un hakimiyyətə gəldikdən bəri vaxtikən atasının hökumətində xidmət etmiş bir çox adamı vəzifədən xaric edib.
Bir sıra müşahidəçilər gənc varis Kim Conq Unun sərt idarəçilik üslubundan narahatlıqlarını ifadə edirlər. 30 yaşlı Kim Conq Un hakimiyyətə gəldikdən bəri vaxtikən atasının hökumətində xidmət etmiş bir çox adamı vəzifədən xaric edib. Güman edilir ki, cənab Kim bundan sonra da hökumətdə dəyişikliklər aparacaq.

Bu arada Amnesty International Şimali Koreyanın əmək düşərgələrində işgəncə və edam hallarının geniş yayıldığını xəbər verir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG