Accessibility links

Ayaqqabıya tuş gələn liderlər [Video]


İran prezidenti də ayaqqabı hücumuna məruz qalanlardandır
please wait

No media source currently available

0:00 0:02:08 0:00
Bu həftənin əvvəlində Misirə səfər edən İran prezidenti Mahmud Əhmədinejad Qahirə məscidində kobud qarşılandı. O, ayaqqabı hücumuna məruz qalan növbəti ölkə başçısı oldu.

Təbii ki, belə bir insident istənilən dünya liderinin kefinə soğan doğrayar. İran prezidenti Mahmud Əhmədinejadın başına gələn başqalarının da başına gəlib. Məsələn, 2008-ci ildə ABŞ prezidenti Corc Buş Bağdadda keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən biri ona ayaqqabı atmışdı. Lakin ayaqqabı prezidentdən azacıq yan keçmişdi. "Mənə atılan ayaqqabının ölçüsü 10-dur" - deyə, o, zarafat etmişdi.

Fələstin prezidenti Mahmud Abbas da İsrailin baş naziri Benyamin Natanyahu kimi ayaqqabı hədəfinə çevrilib. Ayaqqabı atmaq Yaxın Şərqdə tarixən təhqir sayılıb, amma prezident Buşdan sonra bu praktika geniş yayılıb. Etiraz aksiyalarına çıxan iranlılar ayaqqabılarını Buşun müqəvvasına atırdı.

Ayaqqabı hücumuna məruz qalanlardan biri də Valyuta Fondunun direktoru Dominik Ştrauss-Kan olub, hərçənd ki, ayaqqabı ona dəyməyib.

Ukraynanın sabiq baş naziri, hazırda həbsdə olan Yuliya Timoşenko vaxtilə etirazını ayaqqabısını atmaqla bildirmişdi.

Misirdə sabiq prezident Hüsnü Mübarəkin məhkəməsi zamanı etirazçılar ayaqqabılarını keşikçilərə atırdılar.

Belə görünür ki, ayaqqabı atmaqla etirazını bildirənlərin bu praktikanı yaxın zamanlarda dayandırmaq fikri yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG