Accessibility links

ABŞ-ın Merilend ştatındakı Great Mills məktəbində atışma olub


ABŞ-ın Merilend ştatındakı Great Mills məktəbində atışma olub.

Paytaxt Vaşinqtondan 190 kilometrlik məsafədə yerləşən məktəbda baş verən hadisədə 2 nəfər yaralanıb.

Hücumun həmin məktəbin şagirdi tərəfindən həyata keçirildiyi və onun öldüyü bildirilir. Lakin hücumçunun hansı şəraitdə öldüyü bəlli deyil.

Merilendin qubernatoru Larri Hoqan Twitter hesabında yazır ki, ştatın polis idarəsi ilə əlaqə saxlanılıb.

"Biz məktəbdəki vəziyyəti yaxından izləyirik. Şagidrlər, məktəb işçiləri və ilkin yardım göstərənlərə dua edirik"- deyə, qubernator yazıb.

Məktəblərdə atışma problemi Amerikada milli məsələyə çevrilib.

Fevralın 14-də Florida ştatındakı qətliam nəticəsində 17 nəfər həyatını itirib.

Bu, ölkə boyu etirazlara səbəb olub.

Silahlara nəzarət tələbi ilə minlərlə şagird və müəllim aksiyalar təşkil edib.

XS
SM
MD
LG