Accessibility links

Şotlandiya sahillərində batmış gəminin səkkiz ekipaj üzvünün öldüyü ehtimal edilir


Sahil patrul xidmətinin rəsmiləri Şotlandiya sahillərində dənizə qərq olmuş gəminin səkkiz ekipaj üzvünün öldüyünü ehtimal edir.

Rəsmilər bildirib ki, Kiprdə qeydiyyata alınmış sement daşıyan Cemfjord gəmisinin ekipaj üzvlərinin axtarışları dayandırılıb.

Gəminin ekipaj üzvləri yeddi polşalı və bir filippinlidən ibarət idi.

Almaniyanın yükdaşıma şirkəti Brise-ın sözçüsü deyib ki, təhqiqatçılar araşdırmalar aparacaq. Lakin hadisəyə yeganə səbəb kimi pis hava şəraiti göstərilir.

Cemfjord gəmisi şənbə günü Şotlandiyanın şimal-şərq sahili yaxınlığında batıb.

XS
SM
MD
LG