Accessibility links

Aktrisa Lena Dunham Hillari Klintonun seçki kampaniyasına Harvi Veynsteynin hərəkətləri barədə 2016-cı ilin martında deyib


Aktrisa Lena Dunham, deyilənə görə, Hillari Klintonun seçki kampaniyasına Harvi Veynsteynin hərəkətləri barədə hələ 2016-cı ilin martında deyib.

New York Post qəzeti Page Six-ə istinadən yazır ki, `Qızlar` serialının aktrisası New York Times-a Veynsteynin 2016-cı il siyasi kampaniyasına cəlb olmasından narahat olduğunu və Klintonun kampaniyasının əlaqə menecerinə bu barədə məlumat verməyə calışıb.

Dunham deyilənə görə New York Times-a bilıdirib: `Mən sadəcə demək istəyirəm ki, Harvi seksual təcavüzkardır və onun etdikləri gec-tez açıqlanacaq. Məncə, onun kampaniya üçün maliyyə toplamağa yardım etməsi və kampaniya ilə əlaqələndirilməsi çox pis ideyadır. Ona görə ki, onun seksual təcavüzkarlığı Hollivudda hər kəsin bildiyi məsələdir`.

Klinton Veynsteyndən minlərlə dollar maliyyə alıb. Və Page Six yazır ki, prezidentliyə sabiq namizəd açıq şəkildə Veynsteyni onun əməlləri ictimailəşəndən yalnız beş gün sonra tənqid edərək deyib ki, o iddialar üzə çıxdıqdan sonra şok keçirib.

XS
SM
MD
LG