Harvi Vainstin zorlama ittihamları ilə çox güman ki, üzləşməyəcəyinə görə bir qədər rahatlana bilər.
Harvi Vainstinin 2010-cu ildə iki dəfə Amerikalı model və aktrisa Paz de la Huerta-nı zorlaması ilə bağlı təhqiqat aparılır.
Lakin mənbə TMZ-yə bildirib ki, məsələ ilə bağlı məhkəmə prosesinin keçirilməsi mümkün deyil.
Veb səhifəyə istinadən məsələ ilə bağlı çox sayda problemlər var. Problem təkçə hadisəni xatırlamaqla əlaqəli deyil, həm də hadisə yeddi il əvvəl olub və aktrisanın bu hadisədən sonra Vainstinlə əlaqəsini davam etdirməsi problemlər yaradır.
Boardwalk Empire serialındakı rolu ilə tanınan Paz insidentlə əlaqədar müvafiq orqanlara oktyabrın 25-i məlumat verib və noyabrda sözü gedən hadisə barədə Vanity Fair jurnalına danışıb.
Vainstin sözsüz ittihamları rədd edib və indi ləkələnmiş imicini bərpa etmək üçün mübarizəsini davam etdirir.
Onun bundan sonra film sənayesində karyerasını davam etdirə bilib-bilməyəcəyi məlum deyil.