Accessibility links

YouTube sensasiyasına çevrilən Loqan Pol tənqidlərlə üzləşir


YouTube-da 15 milyon izləyicisi olan Pol öz səhifəsinə insan cəsədi nümayiş etdirilən video yerləşdirdirib.

Pol Yaponiyada “İntihar Meşəsi” adlanan yeri ziyarət edib və çəkiliş zamanı çox güman ki, intihar etmiş həqiqi bir insan cəsədinə rast gəlib.

Pol bu videonu insanları Yaponiyada geniş yayılmış belə bir yerdən xəbərdar etmək məqsədi ilə çəkdiyini və ictimayyətin diqqətini bu insanlara kömək etməyə çəkmək istədiyini iddia edir. Amma görünür YouTube və bütün dünya onun bu əməlini fərqli qəbul edib.

Hətta “Breaking Bad” filminin ulduzu Aaron Pol belə tviterdə bu videoya münasibət bildirib.

“Sən nə haqla belə edirsən? Bu iyrənc hərəkətdir! İnana bilmirəm ki, sənin videolarını bu qədər insan izləyir” deyə Aaron Pol bildirib.

Aaron bundan sonra Polu “əsil zibil” adlandırıb və onun “cəhənnəmdə cürüməli” olduğunu deyib.

Loqan üzr istəməkdə davam edib. Lakin bununla vəziyyət düzəlmir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG