Accessibility links

Sibirdə 180-dən çox meşə yanğını baş verir


Bu yay Sibirin bir neçə hissəsində meşə yanğınları baş verib. Buna səbəb Şimal Qütb Dairəsinin şimalındakı ərazilərdə istilik dalğasının yayılmağa davam etməsidir.

Ümumdünya Metereologiya Təşkilatı həyəcan təbili çalıb və rəsmi göstəricilərin Arktikada rekord dərəcədə istiliyin olduğunu göstərdiyini bildirir.

“Ümumiyyətlə Arktika qlobal ortalamadan iki dəfə daha çox istilənir,” Ümumdünya Metereologiya Təşkilatının sözçüsü Kler Nullis bildirib. “Bunun yerli əhalilər və ekosistemlərə böyük təsiri olur, amma biz həmişə deyirik ki, Artikada baş verən Arktikada qalmır, dünyanın milyonlarla insanların yaşadığı başqa hissələrindəki havaya təsir göstərir,” o bildirib.

Sibir regionunda 180-dən çox yanğın baş verir, onların çoxu isə Şimal Buzlu Okeanda yerləşən şimali Saxa Respublikasındadır.

Bu həftə Sibirin bəzi hissələrində temperatur 30 dərəcədən yuxarıya çıxıb – yəni Sibirdə hava Floridanın bir çox yerindən daha isti olub,” Nullis deyib.

Ümumdünya Metereologiya Təşkilatı meşə yanğınlarının Arktika regionundan başqa yerlərə də təsir göstərdiyini bildirir.

Yanğınsöndürənlər meşə yanğınlarını söndürməyə çalışırlar.

Şərhlərə bax

XS
SM
MD
LG