Accessibility links

Şimali Koreya Cənubi Koreyanın saat qurşağına keçib


Şimali Koreya şənbə saat qurşağını dəyişərək Cənubi Koreya ilə eyni vaxta təyin edib. Onlar bu dəyişikliyi uzun illərin rəqiblərinin mühüm sammitdən sonra “bir olması” yolunda atılan erkən addım adlandırıb.

Şimali Koreya lideri Kim Conq Un ölkəsinin saat qurşağını dəyişəcəyinə aprelin 27-də Cənubi Koreya prezidenti Mun Cae-inlə danışıqlar zamanı söz verib. Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyindən gələn məlumatda bildirilir ki, həmin vəd şənbə günü Ali Xalq Məclisinin rəyasət heyətinin qərarı əsasında yerinə yetirilib.

Koreyalılar onillərboyu eyni saat qurşağında olub, amma Şimali Koreya 2015-ci ildə saatları Cənubi Koreya və Yaponiyadan 30 dəqiqə önə çəkərək özünün “Pxenyan Saatını” yaradıb. Onlar bunun səbəbini Tokionun 1910-1945-ci illərdə Koreya yarımadasındakı müstəmləkə hakimiyyətinin irsini aradan qaldırmaq olduğunu bildirib, çünki o zaman Koreyada saatlar Yaponiyanının saatı ilə uyğunlaşdırılmışdı.

“Pxenyan Saatı” Pxenyanın nüvə silahları proqramı və onun ləğv etmək məqsədilə ABŞ-ın Şimali Koreyaya tətbiq etdiyi beynəlxalq sanksiyalar səbəbilə avtoritar ölkə ilə ABŞ arasında gərginliyin artdığı bir vaxt yaranıb. Lakin son aylarda iki Koreya arasında münasibətlər gözlənilmədən düzəlməyə başlayıb. Belə ki, Kim və Mun birgə keçirdikləri sammitdə yarımadanı nüvə silahlarından təmizləməyi vəd edib.

Barışığa doğru atılan addımlar

Görüş zamanı barışıq yolunda bir çox addımlar atılıb. Buna 1950-1953-cü illərdə baş verən Koreya Müharibəsi zamanı ayrı düşən ailələrin birləşməsi daxildir. Amma nüvə qarşıdurması sahəsində böyük nailiyyətlər əldə olunmayıb. Həmin məsələ ilə bağlı detallar önümüzdəki həftələrdə Kim Conq Unla prezident Donald Tramp arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq.

Daha öncə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi bildirib ki, Kim Şimali Koreyanın Cənubi Koreyanın saat qurşağına geri dönməsini təklif edib, çünki “sammitin keçirildiyi məkanda Pxenyan ilə Seuldakı vaxtı əks etdirən ayrı saatları görmək onu kədərləndirib.”

Cənubi Koreyanın bildirdiyinə görə, Kim, Birləşmiş Ştatlar müharibəni bitirməyə və Şimali Koreyaya hücum etməyəcəyinə rəsmi şəkildə söz verdiyi təqdirdə nüvə silahlarından vaz keçməyə hazır olduğunu deyib. Lakin onun ölkəsinin onillər boyu inkişaf etdirdiyi silahlardan imtina etməsi müqabilində hansı tələblər irəli sürəcəyi dəqiq bilinmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG