Accessibility links

Dünya liderləri Şimali Koreya probleminə diplomatik həll yolu tapmağa çalışır [Video]


Dünya liderləri Şimali Koreya probleminə diplomatik həll yolu tapmağa çalışır
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Dünya liderləri Şimali Koreya probleminə diplomatik həll yolu tapmağa çalışır

Dünya liderləri Koreya yarımadasında fəlakətli müharibədən qaçınmaq üçün həll yolu axtarır. Buna səbəb şimali Koreyanın ən son nüvə sınağı ilə bütün dünyanı qəzəbləndirməsidir. Lakin bütün bunlara baxmayaraq, Pxenyan Vaşinqtonu təhdid yağdırmağa davam edir.

ABŞ ehtiyatsız təhriklərini və Şimali Koreyaya təzyiq göstərmək üçün etdiyi boş cəhdlərini davam etdirdiyi müddətdə, mənim ölkəmdən daha çox hədiyyə alacaq.
Han Tae Sonq

Ən son nüvə sınağından bir neçə gün sonra Şimali Koreya yeni təhdid irəli sürdü. Ölkənin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi onların yeni sınaq həyata keçirəcəyi ehtimalının olduğunu deyib.

“ABŞ ehtiyatsız təhriklərini və Şimali Koreyaya təzyiq göstərmək üçün etdiyi boş cəhdlərini davam etdirdiyi müddətdə, mənim ölkəmdən daha çox hədiyyə alacaq”, Han Tae Sonq bildirib.

ABŞ və müttəfiqləri ən son nüvə sınağından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Pxenyana qarşı daha sərt sanksiyalar tətbiq etməsi üçün təzyiq göstərir.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli iqtisadi təzyiqin ən effektiv çıxış yolunun olduğunu deyir.

“Biz Şimali Koreyaya daha çox sanksiyaların təsir göstərəcəyini dünüşürükmü? Xeyr. Amma ola bilsin, onlar bir nəticə versin. Bu sanksiyalar onların balistik raket inkişaf etdirmələri üçün ehtiyacları olan gəlir mənbəyini kəsəcək”, Heyli söyləyib.

Amma hər kəs Heyli ilə razılaşmır. Onlardan biri Rusiya prezidenti Vladimir Putindir. Putin əlavə sanksiyaları “lüzumsuz” adlandırıb. Bundan əlavə Çin də əlavə sanksiyalara skpetik yanaşır və hər iki tərəfi gərginliyin qarşısını almağa çağırır.

Lakin Donald Tramp geri çəkilmir.

O, Tvitterdə Yaponiya və Cənubi Koreyaya əlavə hərbi avadanlıq almağa icazə verəcəyini yazıb.

Amma Ceyms Şoff deyir ki, bu o qədər də asan olmayacaq.

“Bu cür avadanlıqların satışı ilə bağlı qərarı prezident vermir. Bu, Yaponiya və Cənubi Koreyanın bu sistemləri almaq üçün yetərli büdcləyə sahib olub-olmamasından, və bunu nə dərəcədı vacib hesab etməsindən asılıdır. Bəzi texnologiyaların satışını isə Konqres təsdiq etməlidir”, deyə o bildirib.

Tramp həmçinin Şimali Koreya ilə biznes əlaqələri olan ölkələrə qarşı da ticarət məhdudiyyətləri tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG