Accessibility links

İndoneziyada Sinabunq vulkanında aktivlik müşahidə edilir


İndoneziya rəsmiləri ölkənin ən aktiv vulkanlarından biri olan Sinabunq dağındakı vulkanda son günlər müşahidə edilən yüksək aktivliklə əlaqədar xəbərdarlıq edib.

İndoneziyanın Vulkanologiya Mərkəzinin verdiyi məlumata görə, Şimali Sumatra vilayətində yerləşən vulkandan çıxan kül beş min metr hündürlüyə qalxıb.

Vulkanda aktivlik nəticəsində dağın ətəyində iki kilometr məsafəyə yeraltı qaz maddəsinin yayıldığı bildirilir.

2 min 600 metr hündürlüyü olan dağda yerləşən vulkanda üç il ərzində heç bir fəaliyyət müşahidə edilməyib. Lakin sentyabr ayından bəri vulkanda ara-bir püskürmələrin baş verdiyi haqda məlumatlar verilib.

Rəsmilər insanları kraterdən azı beş kilometr uzaq məsafədə durmağa çağıraraq, yeraltı qazın yaratdığı təhlükə ilə barədə xəbərdarlıq edib.

Hökumət rəsmiləri bazar günü dağın ətrafında yerləşən səkkiz kənddən 12 min 300 insanın evakuasiya edilərək, hökumətin yaratdığı düşərgələrə yerləşdirildiyini deyib. Altı mindən çox insan bundan əvvəl yaradılmış 16 müvəqqəti sığınacaqda yerləşdirilib.
XS
SM
MD
LG