Accessibility links

Sinqapur: Dünyanın ən bahalı şəhəri


Artıq beşinci ildir Sinqapur dünyanın ən bahalı şəhəri sayılır. “Economist Intelligence Unit” “Dünyada Yaşamağın Dəyəri - 2018” indeksini açıqlayıb.

Bu indeks 133 şəhərdə 150-dən çox mal və xidmət üzrə 400 individual qiyməti müqayisə edir. Builki dəyərləndirmə üzə çıxarıb ki, dünyada ən bahalı 10 şəhərin yarısı Avropada yerləşir və Paris, Sürix və Oslo ən bahalılar içindədir.

Hesabatın digər əsas məqamları bunlardır:

  • Asiya şəhərləri bu ilin ən bahalı və ucuz şəhərləri sırasındadır.
  • Suriya paytaxtı Dəməşq son 12 ayda 14 pillə geriləyərək sonuncu - 133-cü yerə düşüb.
  • Mexiko şəhərində yaşamağın dəyəri istənilən digər şəhərdəkindən sürətlə artaraq 23 pillə irəliləyib və 59-cu yerə keçib.

Praqa 133 şəhər içində 82, Vaşinqton 37, Moskva 86, Sankt Peterburq 98, Kiyev 110-cu yerdədir.

Ən bahalı 10 şəhər - Sinqapur, Paris, Sürix, Honq Konq, Oslo, Cenevrə, Seul, Kopenhagen, Tel-Əviv və Sidneydir.

Ən ucuz 10 şəhərsə Dəməşq (133), Karakas, Almatı, Laqos, Banqalor, Kəraçi, Əlcəzair, Çennai, Buxarest və Dehlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG