Accessibility links

Valeri Gerasimov: Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır


Prezident İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan dövlət agentliyinin yaydığı məlumata görə, prezident İlham Əliyev Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb, qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir:

"Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq" deyə o bildirib

Prezident İlham Əliyev qeyd edib ki, bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsi, eyni zamanda, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir.

Öz növbəsində Valeri Gerasimov Rusiya ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də əməkdaşlıq həyata keçirdiyini deyib.

O qeyd edib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.

XS
SM
MD
LG