Accessibility links

Çexiya Azərbaycan energetikasına maraq göstərir


Azərbaycan və Çexiyanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Lyubomir Zaoralek
Azərbaycan və Çexiyanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Lyubomir Zaoralek

Görüşdə iqtisadiyyat, energetika, turizm və təhsil sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycan və Çexiya münasibətlərin inkişafında maraqlıdırlar. Bunu Azərbaycan və Çexiyanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Lyubomir Zaoralek ikitərəfli danışıqlardan sonra jurnalistlərə deyib.

E.Məmmədyarov həmkarına Qarabağ münaqişəsi və nizamlanma ilə bağlı danışıqlar prosesi haqda məlumat verib.

Bundan əlavə, iqtisadiyyat, energetika, turizm və təhsil sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Hazırda Çexiyanın ali məktəblərində 220 azərbaycanlı tələbə təhsil alır. Onların sayının artırılması barədə razılıq əldə olunub.

Həmçinin tərəflər turistlər, tələbələr, iş adamları üçün viza prosedurunun sadələşdirilməsi barədə razılığa gəliblər.

Çexiyalı nazir turizm sahəsində əlaqələrin inkişafı üçün imkanların olmasını qeyd edib.

O, həmçinin Çexiyada Azərbaycan investisiyaları (əsasən sənaye sektorunda) üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Çexiya şirkətləri infrastruktur, nəqliyyat, enerji layihələrində, o cümlədən Transanadolu qaz kəmərinin (TANAP) inşasında maraqlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG