Almaniya Federativ Respublikasının Xarici İşlər üzrə Federal Naziri Frank-Valter Ştaynmayer oktyabrın 22-23-də Azərbaycana rəsmi səfər edəcək.
O, həmkarı Elmar Məmmədyarovla görüşəcək.
Bu barədə Xarici İşlər Nazirliyi mətbuat xidməti yayıb.
Federal Naziri Frank-Valter Ştaynmayer rəsmi səfərla birlikdə mətbuat konfransı keçirəcək,daha sonra Yerevana gedəcək.
Almaniya xarici işlər nazirinin Azərbaycan və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə edəcəyi gözlənir.