Accessibility links

Siyasi məhbuslara verilən qəzetlər senzuradan keçirilir ?


 Seçkilərin Monitorinqi və DemokratiyanınTədrisi Mərkəzinin rəhbəri Anar
Məmmədli
Seçkilərin Monitorinqi və DemokratiyanınTədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Buna etiraz olaraq məhbuslar iki həftədir ki, qəzet oxumaqdan imtina ediblər

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbusların qəzet problemi hələ də həll olunmayıb.

Bu barədə Turana həmin koloniyada saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin yaxınları bildiriblər.

Onların sözlərinə görə, A.Məmmədli bildirib ki, siyasi məhbuslara verilən qəzetlərdə onlara aid olan və siyasi xarakterli yazılar kəsilərək götürülür.

Buna etiraz olaraq məhbuslar iki həftədir ki, qəzet oxumaqdan imtina ediblər.

Bundan əlavə, son vaxtlar cəzaçəkmə müəssisəsinə işıq, qaz, su fasilələrlə verilir. Rəhbərlik “qənaət olunduğunu” bildirir.

Bununla bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınmaqda ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini “vicdan məhbusu” elan edib. O, Vatslav Havel mükafatına layiq görülüb.

XS
SM
MD
LG