Accessibility links

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası olub


Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Aprelin 21-23-də Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycanın Rusiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı məsələlər müzakirə olunub və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda, Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında təlimat imzalanıb.

Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.

Mətbuat xidməti Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclasının mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçdiyini bildirir. İclasın yekunu olaraq protokol imzalanıb.

XS
SM
MD
LG