Accessibility links

AXCP sədrinin müavini istefa verib


Əbülfəz Qurbanlı
Əbülfəz Qurbanlı

Əbülfəz Qurbanlı istefasının səbəbini deməkdən imtina edir

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib. Bu barədə o Facebook səhifəsində məlumat yayıb. Amma, istefasının səbəbləri barədə məlumat vermir.

Əbülfəz Qurbanlı Facebook səhifəsində istefası barədə bunları yazıb:

“Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”, o qeyd edib.

Qurbanlı Amerikanın Səsinin müxbirinin telefon zənginə bir anlıq cavab verib, istefasını təsdiq edib və səbəbi barədə danışmaqdan imtina edib. Bundan sonra telefonunu söndürüb.

Öz növbəsində, AXCP Əbülfəz Qurbanlının istefa barədə yazdıqlarını qəbul edir, amma istefanın səbəbləri barədə məlumata malik olmadıqlarını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG