Accessibility links

AŞPA nümayəndə heyəti: Referendum yaxşıdır, ancaq Venesiya Komissiyasının rəyi nəzərə alınmalıdır


"Azərbaycan Konstitusiyasına düzəlişlərlə bağlı 26 sentyabr referendumu milli qanunvericiliyə uyğun təşkil edilib və legitim qiymətləndirilir." Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səsvermə şəffaf olub və yaxşı təşkil edilib, dinc şəraitdə keçib. Səslərin hesablanması zamanı ciddi pozuntu qeydə alınmayıb. “Bununla əlaqədar biz xalqın iradəsinə hörmətlə yanaşırıq”, o vurğulayıb.

Missiya hesab edir ki, referendumun nəticələri Azərbaycan xalqının “ölkənin stabil, dayanıqlı, təhlükəsiz, demokratik inkişafı yönündə addım atmaq və daha davamlı, effektiv sistem yaratmaq” istəyini əks etdirir.

Bununla yanaşı, missiya Konstitusiyaya təklif edilən düzəlişlərin qiymətləndirilməsi üçün Azərbaycan hakimiyyətinin Venesiya Komissiyasına (VK) müraciət etməməsindən təəssüfləndiyini bildirib.

Missiya AŞPA Bürosunun VK-ya öz rəyini söyləməsilə bağlı təklifini alqışlayıb.

Nümayəndə heyəti Azərbaycan hökumətini düzəlişlərin tətbiqi zamanı və hakimiyyət qolları ilə parlamentin rolu arasında balansın təminatı üçün VK-nın rəyinə hörmətlə yanaşmağa çağırıb.

Nümayəndə heyəti həmçinin hakimiyyəti opponentləri ilə dialoqa çağırıb və referendum öncəsi ilkin debatların olmamasından təəssüfləndiyini bildirib.

Referendum öncəsi bir sıra fəalın cinayət ittihamı ilə həbsindən təəssüf ifadə olunub. Ancaq missiya hüquqi məsələlərə müdaxilə etmək mandatının olmadığını qeyd edib.

A.Nikoloski bildirib ki, referendum öncəsi düzəlişlərə tərəfdar və əleyhinə olanların öz mövqelərini ifadə etməsi üçün imkanları olub. Ancaq o bu imkanların nə qədər proporsional olması barədə sualın cavabından yayınıb və qeyd edib ki, onun yalnız nümayəndə heyətinin bəyanatını səsləndirmək səlahiyyəti var.

A.Nikoloski deyib ki, bu, ilkin rəydir və yekun hesabat AŞPA-ya təqdim olunacaq.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG