Accessibility links

Neftçi dəniz platformasında itkin düşüb


BP-Azərbaycan şirkətinin işçiləri
BP-Azərbaycan şirkətinin işçiləri

Noyabrın 8-də səhər saatlarında “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.

Bu barədə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətinin məlumatında deyilir.

Şirkət itkin düşmüş əməkdaşın tapılması və xilas edilməsi üçün xilasetmə xidmətini cəlb edib.

Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb.

BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

Onun adı və hadisənin hansı şərtlərdə baş verməsi açıqlanmır.

Qeyd edək ki, yataq sahildən təxminən 60 km məsafədə yerləşir. Noyabrın 8-i səhər saatlarından hava şəraiti sakitdir, külək yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG