Accessibility links

Dövlət ittihamçısı ilahiyyatçıya12 il həbs istəyib


Elşən Mustafaoğlu
Elşən Mustafaoğlu

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafayevə 12 il həbs cəzası istəyib.

Elşən Mustafaoğlunun vəkili Əfqan Məmmədov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Müdafiəçiyə dekabrın 13-nə qədər vaxt verilib.

2014-cü il dekabrın 16-da həbs olunan E.Mustafaoğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, məhkəmənin hazırlıq iclasında ittihamın əsassız olduğunu bildirib.

Vəkil Mustafayevə istinadən bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları onu həbs edib, ondan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, general Rövşən Əkbərovun əleyhinə ifadə almağa cəhd göstəriblər. Tələb olunan ifadəni verməyə razılaşmadığına görə ona qarşı heç bir əsası olmayan ittiham irəli sürüblər.

Bundan sonra işin içində dövlət sirri hesab edilən məlumatların olduğunu əsas gətirib, məhkəmənin qapalı keçirilməsinə qərar verilib.

İlahiyyatçının vəkili Əfqan Məmmədov AzadlıqRadiosuna deyib ki, qapalı iclaslarda dindirilən şahidlərin heç biri Elşən Mustafaoğlunun əleyhinə ifadə verməyib:

E.Mustafaoğlu 2001-ci ildə "Mənəvi Saflığa Dəvət" İctimai Birliyini təsis edib. 2005-ci ildən "Yeni Şərq" Elmi Araşdırmalar Mərkəzinin direktoru, ANS və İctimai Televiziyada veriliş aparıcısı, Azərbaycan-Amerika Media Akademiyasının direktoru olub.

O, Norveçdə elmi layihə üzrə çalışıb, 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG