Accessibility links

İlahiyyatçı həbsdə qaldı


Sərdar Babayev
Sərdar Babayev

Bunu S.Babayevin vəkili Cavad Cavadov Amerikanın Səsinə bildirib

Aprelin 6-sı Şirvan Apellyasiya Məhkəməsində Sərdar Babayevin (Hacıhəsənli) həbs müddətinin uzadılmasına dair Masallı rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Bunu S.Babayevin vəkili Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkil deyir ki prosesdə onların şikayətləri əsassız sayılaraq Masalı rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb: «İmtina da belə əsaslandırıldı ki, S.Babayev həbsdən buraxılsa, «cinayətkar» fəaliyyətini davam etdirəcək, yəni dini ayinlər yerinə yetirəcək».

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168-1.3-ci (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma ) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq verilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

XS
SM
MD
LG