Accessibility links

Azərbaycan hərbiçisi həlak olub


Əsgər papağı
Əsgər papağı

Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın hərbi qulluqçusu Füzuli Salahov həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qarşı tərəf bu barədə hələlik açıqlama vermir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər BMT tərəfindən Azərbaycanın suverenliyində tanınan Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni qüvvələrinin nəzarətinə keçib.

Atəşkəs dövründə hər iki tərəfdən yüzlərlə hərbçi həlak olub.

XS
SM
MD
LG