Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
İ.Əliyev məktubda bildirib ki, Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərlənib:
"Bu dəhşətli hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Fevralın 14-də Florida ştatında ali məktəbdə silahlı hücum baş verib. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, hadisəni həmin məktəbdən qovulmuş 19 yaşlı gənc törədib. Hadisə nəticəsində 17 nəfərin həlak olduğu, 16 nəfərin yaralandığı bildirilir.