Accessibility links

Baş nazir: Azərbaycanla ABŞ arasında çox yaxşı əlaqələr var


"Azərbaycanla ABŞ arasında çox yaxşı əlaqələr var. Münasibətlər bu gün də uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur".

Bu fikirləri mayın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edən baş nazir Novruz Məmmədov deyib.

Baş nazir vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib.

"Bu gün demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan həmin yola sadiqdir", o qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan N.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. O əlavə edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb.

Xəbərə görə, ABŞ nümayəndə heyətinin rəhbəri Robert Qudlat deyib ki, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi vacibdir.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG