Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Məhkəmə
Məhkəmə

Mayın 21-də Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Mirfeyzulla Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişməyib. Bu barədə AXCP məlumat yayıb.

AXCP həmçinin, M.Seyidovun müdafiəsi ilə bağlı hüquqi addımların davam etdiriləcəyini bildirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 10-da Nərimanov Rayon Məhkəməsi Seyidov barəsində həbs qətimkan tədbiri seçib.

Seyidov ittihamı qəbul etmir. AXCP fəalın həbsini siyasi sifariş sayır.

XS
SM
MD
LG