Accessibility links

ATƏT Cənubi Qafqaza səfəri ilə bağlı bəyanat yayıb


ATƏT Azərbaycan

Səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsipləri ilə stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməkdir

ATƏT daimi nümayəndələr qrupunun Cənubi Qafqaza etdiyi səfərlə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu ilin 18-22 iyun tarixlərində ATƏT yanında 24 daimi nümayəndədən ibarət qrup Ermənistan, Gürcüstan və Azərbaycana səfər ediblər: “Bir neçə il ərzində bu formatda ilk dəfə keçirilən səfər səfirlərin ATƏT-in öhdəlikləri və prinsiplərinə uyğun olaraq təkrar olaraq regionda sülh, sabitlik və rifahın güclənməsinə və hər üç ölkədə ATƏT-in daha fəal iştirakını təsdiq etməyə istiqamətləndirilib.

Bəyanatda deyilib ki, daimi nümayəndələr yüksək vəzifəli dövlət məmurları, müxtəlif partiyaları təmsil edən parlament üzvləri, eləcə də Yerevan, Tbilisi və Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər.

Azərbaycanda səfirlər xarici işlər naziri Mahmud Məmmədquliyevlə, həmçinin Milli Məclis (parlament) nümayəndələri, o cümlədən sədr müavini Bahar Muradova və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevlə görüşlər keçiriblər. Səfərin sonunda baş nazir Novruz Məmmədovla qrup üçün gələcək dialoq və ATƏT çərçivəsində əməkdaşlığa perspektivlər açan danışıqlar keçirilib.

XS
SM
MD
LG