Accessibility links

Azərbaycanın xarici işlər və müdafiə nazirləri ABŞ-ın dövlət katibi və müdafiə naziri ilə görüşüb [Yenilənib]


Azərbaycanın xarici işlər və müdafiə nazirləri ABŞ-ın dövlət katibi və müdafiə naziri ilə görüşüb

Görüş Brüsseldə baş tutub

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nunBrüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO -nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

E. Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.
Xarici işlər naziri E.Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.

***

İyulun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov Brüsseldə ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşüb.

Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat yayıb.

Görüşün detalları ilə bağlı məlumat verilmir.

Görüş Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının sammiti çərçivəsində baş tutub.

XS
SM
MD
LG