Accessibility links

Fransanın Xarici İşlər Nazirliyi İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır


Fransa bayrağı
Fransa bayrağı

Fransanın Avropa və Xarici İşlər Nazirliyi REAL Partiysının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır.

“Beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən bu qərar, bizim Azərbaycan rəhbərliyi ilə əlaqələrimizdə fəal sürətdə dəstəklədiyimiz istəkdir.
Fransa Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilməsinə tərəfdardır”, bəyanatda deyilir.

İlqar Məmmədov Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də cəzasının qalan hissəsi şərti hesab edilərək iki il sınaq müddəti olmaqla azadlığa buraxılıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG