Accessibility links

Donald Tramp Azərbaycanda yeni səfir postuna namizəd irəli sürüb


ABŞ prezidenti Donald Trump Earle D. Litzenbergerin Azərbaycana səfir postuna namizədliyini irəli sürüb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. O, Xarici Xidmətdə çalışarkən Almaniyanın Marshall Fondunun aparıcı əməkdaşı, Birləşmiş Ştatların NATO-dakı missiyasının rəhbər müavini olub.

Bundan başqa, Litzenberger NATO-nun Əfqanıstan üzrə aparıcı mülki təmsilçisinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb.

Fransız, rus, serb və bolqar dillərini bilir.

Bundan öncə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta idi.

XS
SM
MD
LG