Accessibility links

İlham Əliyev Türkiyəyə səfər edib


İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan [archive]
İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan [archive]

O “Star” neft email zavodunun açılışında iştirak edəcək

Prezident İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyəyə işgüzar səfər edib.

“Star" neft emalı SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində tikilib.

“Star” neft emalı zavodu Türkiyədə özəl sektorda həyata keçirilən son 30 ildə reallaşdırılan ən böyük özəl sektor layihəsidir. Zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycanvə Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zavodun qurulmasında məqsəd “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsal edilməsidir. “Star”ın məhsullarının Aralıq dənizi və Cənubi Avropa ölkələri bazarlarına ixracı nəzərdə tutulur. Zavodun xammalı orta-ağır və açıq-boz xam neft, əsas məhsulları isə dizel və nafta olacaq.

“Star”ın istehsal gücü ildə 10 milyon ton (240 min barrel/gün) xam neft təşkil edir.

“Star” layihəsinin dəyəri ümumilikdə 5,7 milyard ABŞ dollarıdır. Bu məbləğin 3,3 milyard dollarlıq hissəsi İspaniyanın “CESCE”, Yaponiyanın “JBIC” və “NEXI”, Koreya Respublikasının “K-Sure”, İtaliyanın “SACE” və ABŞ-ın “US Exim” kimi iri kredit təşkilatlarından borc kapitalı, qalan hissəsi isə səhm kapitalından təşkil olunub. Layihə özünü maliyyələşdirir və borclar zavod işə düşdükdən sonra “Star” tərəfindən ödəniləcək.

XS
SM
MD
LG