Accessibility links

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlib


Toyvo Klaar

Noyabrın 7-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Noyabrın 7-də onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Azərbaycanın rəsmi mənbələrinin məlumatına görə, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib. Habelə vurğulanıb ki, hazırda iki tərəf arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar aparılır.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

T.Klaarın səfəri iki gün davam etməlidir. Onun ölkənin daha bir neçə rəsmi şəxsi ilə görüşü nəzərdə tutulur.

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar ötən ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG