Accessibility links

AŞPA-nin sessiyasının gündəliyində Azərbaycanla bağlı iki məsələ var


Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Strasburqa gedəcək.

Nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Heyətə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildir. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.

Oktyabrın 9-13-də keçiriləcək sessiyanın gündəliyində iki məsələ Azərbaycana aiddir.

Oktyabrın 11-də "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat müzakirə olunacaq. Sənədi AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Prada hazırlayıb.

Həmin gün daha bir hesabat dinləniləcək: "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə (may-noyabr 2014-cü il) ölkədə insan hüquqlarına hörmət sahəsində atılan addımlar". Bu hesabatı belçikalı deputat Allen Desteks hazırlayıb.

Ancaq sentyabrda "Azərbaycan landromatı" araşdırması açıqlandıqdan sonra Desteks sənəddə öz adının çəkilməsilə əlaqədar istefa verib. Belə ki, araşdırmada AŞPA-da rəsmi Bakının xeyrinə lobbiçilikdən söhbət gedir.

XS
SM
MD
LG