Accessibility links

Ramiz Mehdiyev Rusiyanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb


MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin görüşü olub
MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin görüşü olub

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiyada səfərdədir. O, noyabrın 22-də MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilmiş beşinci görüşündə iştirak edib.

AZƏRTAC agentliyinin xəbərinə görə, görüşdə MDB məkanında radikal dini cərəyanların yayılmasının qarşısının alınması məsələləri, Əfqanıstanda vəziyyət və Orta Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri müzakirə edilib.

Tədbirdə beynəlxalq terrorçuluğa qarşı mübarizənin müxtəlif aspektləri ilə də diqqət mərkəzində olub.

Ramiz Mehdiyev tədbirdəki məruzəsində dini radikalizmin, ekstremizmin və terrorçuluğun qarşısının alınması sahəsində Azərbaycan təcrübəsi haqda danışıb. O, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, hüquq mühafizə orqanları və xüsusi xidmətlərinin fəaliyyəti barədə ətraflı məlumat verib.

R.Mehdiyevin tədbir çərçivəsində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliyev, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Rusiya Təhlükəsizlik Şurasının Aparatı ilə 2018-2019-cu illər üçün Əməkdaşlıq Planı imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG