Accessibility links

İsa Qəmbər xəstəxanaya yerləşdirilib


Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı biıdirib.

A.Hacılının sözlərinə görə, yanvarın 13-də İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib:

"Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir".

İsa Qəmbərin yaxınlarından biri musavat.com -a deyib ki, onun ürək damarlarına stend qoyulub, əməliyyat uğurlu keçib, o, hazırda özünü çox yaxşı hiss edir.

İ.Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci ilin dekabrında Müsavat partiyasının qurultayında partiyanın sədri seçilib, 2015-ci ilə kimi partiyaya başqanlıq edib. 2015-ci ildən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir.

XS
SM
MD
LG