Accessibility links

İlham Əliyev: Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib


İlham Əliyev
İlham Əliyev

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, insan hüquqlarının pozulmasına dair tənqidlər Qərbdəki müəyyən dairələrdən gəlir. Bu barədə prezident İlham Əliyev yanvarın 23-də Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya: Strateji Perspektiv" başlıqlı debatdakı çıxışında bildirib.

"Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi İnternet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin İnternet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır", o bildirib.

"Belə olduğu halda, niyə Azərbaycan mətbuat azadlığına görə dünyada 162-ci yerdədir", debatların moderatoru sual edib.

"Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir bağlılığı yoxdur. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Bu, Qərbdəki müəyyən siyasi mərkəzlərin fəaliyyətinin nəticəsidir", İlham Əliyev qeyd eib.

Tənqidçilərin konkret açıqlanması ilə bağlı moderatorun sualının cavabında İlham Əliyev deyib:

"Mən bu haqda daha konkret danışmaq istəmirəm, bunun haradan gəldiyi məlumdur. Ancaq niyə belədir? Səbəbi sadədir: Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq.

Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir.

Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil," o, qeyd edib.

Prezident ölkədə sahibkarlıq və iqtisadiyyatın inkişafından danışarkən deyib ki, iqtisadiyyatın şaxələndirilməsi əsas məqsədir.

İlham Əliyev
İlham Əliyev

“Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur”.

İlham Əliyev enerji siyasəti ilə bağlı bildirib ki, ölkəsai ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, daha 4,5 milyard dollar əlavə gəlir əldə edə bilib.

“Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir.

Bununla yanaşı, biz anlamalıyıq ki, neft-qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcəkdir. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir.”

Enerji layihələrinə gəldikdə, dövlət başçısı bunu region üçün əhəmiyyətli sayır.

“Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir. Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər.”

Əliyecv Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionun nəqliyyat xəritəsini dəyişdiyini deyib.

“Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir.”

Prezidentin dediyinə görə, ölkədə yoxsulluq 5.4 faiz, işsizlik 5 faiz səviyyəsindədir.

“Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG