Accessibility links

Azərbaycan və İran hərbi əməkdaşlığı müzakirə edib


İlham Əliyev və Əmir Hatəmi
İlham Əliyev və Əmir Hatəmi

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Əliyev Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib.

Əmir Hatəmi İranın xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib.

Zakir Həsənov və Əmir Hatəmi
Zakir Həsənov və Əmir Hatəmi

Eyni zamanda nazirlər Zakir Həsənov və Əmir Hatəmi regionda hərbi-siyasi vəziyyəti müzakirə edib.

Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regional sabitliyə ciddi təhdid təşkil edir.

Hatəmi öz növbəsində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu bildirib. O qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun münaqişənin həllində ədalətli mövqeyini dəstəkləyir.

Onun sözlərinə görə, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

XS
SM
MD
LG